11 dekabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbin X peşə sinif şagirdləri 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Ulu Öndərin abidəsini ziyarət ediblər.
Ziyarətdən sonra şagirdlər üçün Quba Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Tədbir zamanı şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə dair maraqlı məlumatlarla tanış olublar.





Yeni Şərh