Qusar rayonunda tədbir keçirildi
Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən STEAM layihəsi tətbiq olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “TechNovruz” adlı regional STEAM yarışı, uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və peşə təmayüllü siniflər arasında aşpaz, qənnadçı və dərzi ixtisasları üzrə Novruz bayramı və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak ediblər.
Tədbir əvvəlində qonaqlar şagirdlərin hazırladıqları müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şagirdlərin yaradıcılıq nümunələri, texnoloji layihələri və peşə bacarıqlarını əks etdirən işlər nümayiş olunub.
Tədbirdə çıxış edən Ceyhun Hacıyev və Coşqun Əliyev şagirdləri əldə etdikləri uğurlara görə təbrik edərək belə yarış və müsabiqələrin keçirilməsinin gənclərin yaradıcılıq potensialının inkişafına, onların texnologiya və innovasiyalara marağının artırılmasına, həmçinin peşə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıblar.
Sonda müsabiqə qaliblərinə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Yeni Şərh