Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbirlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlər zamanı şagirdlərə reproduktiv sağlamlığın qorunması, gigiyena qaydaları, sağlam həyat tərzinin əhəmiyyəti və erkən risklərin qarşısının alınması ilə bağlı məlumatlar verilib. Görüşlərin əsas məqsədi yeniyetmələrin məlumatlılıq səviyyəsinin artırılması və onların sağlam inkişafına dəstək göstərilməsi olub.

Bundan əlavə, tədbirlər çərçivəsində şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici video və təqdimatlar nümayiş etdirilib. Keçirilən görüşlər yeniyetmələr arasında düzgün davranış vərdişlərinin formalaşdırılmasına töhfə verib.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA