28 May – Müstəqillik Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunmuşdur. Tədbirlər çərçivəsində şagirdlər müstəqillik tariximizə dair çıxışlar etmiş, ədəbi-bədii kompozisiyalar təqdim olunmuş və vətənpərvərlik mövzusunda müxtəlif təqdimatlar həyata keçirilmişdir. Bayram tədbirləri şagirdlərdə milli şüurun və dövlətçilik dəyərlərinin formalaşdırılmasına yönəlmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #28maymüstəqillikgünü