Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunub. 

Keçirilən tədbirlərin məqsədi şagirdlərə Səməd Vurğunun zəngin ədəbi irsini daha yaxından tanıtmaq, onların bədii ədəbiyyata marağını artırmaq və milli-mənəvi dəyərlərimizin təbliğini gücləndirmək olub.
Tədbirlər çərçivəsində məktəblərdə dəyirmi masalar, esse müsabiqələri, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar və digər maarifləndirici proqramlar təşkil edilib. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında təqdimatlar hazırlayıb, onun məşhur şeirlərini səsləndirib və yaradıcılığına həsr olunmuş səhnəciklər nümayiş etdiriblər. 
Eyni zamanda tədbirlərdə Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı rolu, vətənpərvərlik ruhlu əsərləri və milli ədəbiyyatımıza verdiyi töhfələr barədə geniş məlumat verilib.
Belə tədbirlər şagirdlərin ədəbi dünyagörüşünün formalaşmasına, klassik ədəbiyyatımıza marağın artırılmasına və görkəmli şəxsiyyətlərin irsinin gənc nəslə çatdırılmasına mühüm töhfə verir.
Yeni Şərh