Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində milli-mənəvi dəyərlərin təbliği, şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi və milli kimlik şüurunun formalaşdırılması məqsədilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər çərçivəsində məktəblərdə dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, təqdimatlar, inşa və rəsm müsabiqələri, eləcə də maarifləndirici görüşlər təşkil olunmuşdur. Şagirdlərə Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, milli adət-ənənələri, ailə dəyərləri, vətənpərvərlik və mənəvi irsin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.

Tədbirlərdə çıxış edənlər milli-mənəvi dəyərlərin gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulamış, bu dəyərlərin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etmişlər. Şagirdlər tərəfindən mövzuya həsr olunmuş təqdimatlar nümayiş etdirilmiş, bədii qiraətlər səsləndirilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır.

Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması, onların milli irsə bağlılığının artırılması və Azərbaycançılıq ideologiyasının təbliğinə töhfə vermək olmuşdur.