12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədbirlər təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində ümummilli liderin həyat və fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilmiş, onun dövlətçilik siyasətindəki xidmətləri xüsusi vurğulanmışdır. Məktəblilərin iştirakı ilə bədii kompozisiyalar, ədəbi-bədii çıxışlar və təqdimatlar nümayiş etdirilmişdir.
Eyni zamanda, məktəblərdə mövzuya dair söhbətlər və müzakirələr aparılaraq Heydər Əliyevin xatirəsinə dərin ehtiram ifadə edilib.
Yeni Şərh