31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssiəslərində silsilə tədbirlər təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində şagirdlərə faciənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib, soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Məktəblərdə dəyirmi masalar keçirilmiş, mövzu ilə bağlı video çarxlar nümayiş etdirilmiş, təqdimatlar və inşa müsabiqələri təşkil olunmuşdur.
Həmçinin şagirdlər arasında diskussiya və debatlar aparılaraq tarixi yaddaşın qorunması və gənc nəsillərə bu faciənin unudulmaması mesajı çatdırılmışdır. Bu tədbirlər həm maarifləndirici, həm də xatirə əhəmiyyətinə malik olmuşdur.
Yeni Şərh