Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində məktəblilər üçün yol hərəkəti qaydalarına dair maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi şagirdlər arasında yol hərəkəti təhlükəsizliyini təbliğ etmək, onları qaydalara riayət etməyə təşviq etmək və yol qəzalarından qorumaq olub.

Tədbir zamanı “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək” və “Diqqət uşaqlar!” mövzularında geniş müzakirələr aparılıb. Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib, onların daha diqqətli olmaları tövsiyə edilib. Həmçinin, şagirdlər arasında yol hərəkəti nişanlarına aid bilik müsabiqələri təşkil olunub, rəsm sərgiləri nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçılarına yol hərəkəti təhlükəsizliyinin vacibliyini özündə əks etdirən məlumat kitabçaları paylanıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ