Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlər çərçivəsində şagirdlərə akademikin zəngin həyat yolu, tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələr barədə ətraflı məlumat verilmişdir. Məktəblərdə təşkil olunan açıq dərslər, dəyirmi masalar, təqdimatlar və ədəbi-bədii kompozisiyalar vasitəsilə şagirdlərdə elmə, biliyə və milli dəyərlərə marağın artırılması məqsəd qoyulmuşdur.
Eyni zamanda, şagirdlər tərəfindən hazırlanmış referatlar dinlənilmiş, divar qəzetləri və rəsm sərgiləri nümayiş etdirilmişdir. Tədbirlərdə Zərifə Əliyevanın elmi fəaliyyəti, insanpərvərliyi və Azərbaycan tibb elminin inkişafındakı rolu xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, belə maarifləndirici tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında, elmi biliklərə marağının artırılmasında və görkəmli şəxsiyyətlərin irsinin təbliğində mühüm əhəmiyyət kəsb edir.
Yeni Şərh