📅 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ölkənin bütün ümumi təhsil müəssisələrində keçirilən idman həftəsinə yekun vurulub.

🎯 “İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsindən ibarət olub.

🏆 Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.

#MÜTDA #EduAz #BədənTərbiyəsiVəİdmanGünü #İdmanHəftəsi #TəhsilVəİdman