Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir.

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin tarixi əhəmiyyətinin şagirdlərə aşılanması, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi məqsədilə xüsusi dərslər təşkil olunmuşdur. Bu dərslər zamanı 20 Yanvar hadisələrinin səbəbləri, nəticələri və Azərbaycan xalqının azadlıq mübarizəsindəki rolu barədə geniş məlumat verilmişdir.

Eyni zamanda, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir. Keçirilən konfranslar, seminarlar, mühazirələr və “dəyirmi masa”lar zamanı iştirakçılar faciənin tarixi-siyasi mahiyyəti, milli yaddaşımızdakı yeri və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparmışlar.

Keçirilən tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılmasına, tarixi yaddaşın qorunub saxlanılmasına və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etmişdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #20yanvar