Fevralın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Dekorativ tətbiqi və təsviri sənət” şöbəsinin dərnək rəhbərləri, Quba şəhəri Ümumi təyinatlı internat tipli ümümtəhsil məktəbinin şagirdləri üçün master-klass təşkil ediblər.
Master-klassların keçirilməsində məqsəd, şagirdləri Azərbaycan milli tikmə sənətinin zəngin və müxtəlif növlərini, eləcə də sap, parça, muncuq, pilək və digər bədii materiallarla işləmə üsulları barədə məlumatlandırmaqdır. Həmçinin, bu fəaliyyətlə onların asudə vaxtlarını daha faydalı və yaradıcı şəkildə keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrindəki yaradıcılıq yönümlü dərnəklərə cəlb edilməsidir.
Yeni Şərh