Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş əl işlərindən ibarət yaradıcılıq nümunələrini təqdim edirik.
Müxtəlif məktəblərin şagirdləri tərəfindən hazırlanan əl işlərində şəhərsalma, memarlıq nümunələri, müasir və milli memarlıq elementləri, abadlıq və estetik şəhər mühiti yaradıcı şəkildə əks olunub. Şagirdlərin hazırladıqları maketlər və dekorativ kompozisiyalar onların yaradıcılıq bacarıqlarını, zəngin təxəyyülünü və memarlıq sahəsinə marağını nümayiş etdirir.
Təqdim olunan yaradıcılıq nümunələri şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, estetik dünyagörüşünün formalaşdırılması və yaradıcı potensiallarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni Şərh