“Azərbaycan dili və ədəbiyyat” fənn aylığına həsr olunmuş yekun tədbir keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə “Azərbaycan dili və ədəbiyyat” fənn aylığı çərçivəsində yekun tədbir təşkil olunmuşdur.
Tədbirdə “Məşədi İbad” və “Qurbanəli bəy” kimi klassik obrazların canlandırıldığı səhnəciklər, eləcə də bir çox sevilən ədəbi əsərlərdən nümunələr təqdim edilmişdir. Şagirdlər səhnə çıxışlarında peşəkarlıq nümayiş etdirərək obrazlara böyük sevgi və məsuliyyətlə yanaşmışlar.
Yeni Şərh