“Azərbaycan dili – milli varlığımızdır” mövzusunda silsilə tədbirlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təşkil olunan tədbirlər çərçivəsində şagirdlərə Azərbaycan dilinin tarixi inkişaf yolu, zəngin leksik və qrammatik quruluşu, eləcə də milli kimliyimizin formalaşmasında oynadığı müstəsna rol haqqında məlumat verilib.

Görüşlərdə dilimizin qorunması, düzgün və səlis nitqin formalaşdırılması, ana dilinə hörmət və sevgi hissinin aşılanması məqsədi ilə təqdimatlar, müzakirələr, ədəbi-bədii kompozisiyalar və açıq dərslər həyata keçirilib.

Tədbirlərin əsas məqsədi Azərbaycan dilinin milli-mənəvi dəyər kimi təbliği, şagirdlərin ana dilinə bağlılığının gücləndirilməsi və dil mədəniyyətinin inkişafına töhfə verməkdir.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA