1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.

21 may 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil olunub.

Tədbirdə Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər. Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunması, rifahının təmin edilməsi, onların xoşbəxtliyinə diqqət yönəltmək və onlara mənəvi dəstək göstərmək olmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ