Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə “ELM” festivalı keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə 2024–2025-ci tədris ilinin yekunu münasibətilə “ELM” festivalı təşkil olunub.

Festivalın məqsədi şagirdlərin il ərzində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək, onların elmi təfəkkürünü inkişaf etdirmək və elmə maraqlarını stimullaşdırmaqdan ibarət olub. Tədbir çərçivəsində məktəb-liseydə tətbiq olunan müxtəlif layihə və dərnək fəaliyyətlərinin sərgisi təşkil edilib.

Festivalda şagirdlər dünya ölkələrinin milli rəqsləri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.

Belə tədbirlər şagirdlərin yaradıcı və elmi potensialının üzə çıxarılmasında, onların gələcəyin alim və mühəndisləri kimi formalaşmasında mühüm rol oynayır. “ELM” festivalı məktəblilərə öz ideya və layihələrini təqdim etmək üçün əlverişli imkan yaratmaqla yanaşı, elmə marağın artırılmasına da töhfə verir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ