Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.

Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə məlumatlılığın artırılması, eləcə də zərərli vərdişlərə qarşı düzgün mövqe formalaşdırılması olmuşdur.

Keçirilən görüşlərdə müəllimlər və mütəxəssislər tərəfindən şagirdlərə narkomaniyanın fəsadları, onun fərdi və sosial həyata mənfi təsirləri barədə geniş məlumatlar verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti, idmanla məşğul olmağın və asudə vaxtın səmərəli təşkili kimi alternativ seçimlər tövsiyə edilmişdir.