Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 21 ümumtəhsil məktəbini əhatə edən “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Prokurorluğunun, Quba Rayon Polis Şöbəsinin, eləcə də Quba Rayon təhsil sektorunun əməkdaşları iştirak etmişdir.
Görüşün əsas məqsədi yeniyetmə və gənclər arasında narkomaniyanın yaratdığı fəsadlar barədə məlumatlandırma aparmaq, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.
Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə və gənclərin gələcəyinə vurduğu zərərlərdən danışaraq, bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyətini vurğulamış, şagirdləri zərərli vərdişlərdən uzaq durmağa çağırmışlar.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılmış, mövzu ilə bağlı maarifləndirici təqdimatlar nümayiş etdirilmişdir. Sonda gənclərin sağlam, təhlükəsiz və vətənpərvər ruhda formalaşdırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Yeni Şərh