Təhsil müəssisələrində “Oxu klubları” layihəsi davam edir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə “Oxu klubları”na start verilib. Layihə 27–31 yanvar tarixlərində region üzrə ümumi təhsil məktəblərində könüllülük prinsipi əsasında həyata keçirilir.
“Oxu klubları”nın məqsədi şagirdlərin tədris ilinin birinci yarısında keçdikləri əsas mövzuların təkrarı, bilik və bacarıqlarının möhkəmləndirilməsi, eləcə də təlimə maraqlarının artırılmasıdır.
Layihədə 4-cü, 6-cı və 9-cu sinif şagirdləri iştirak edir. Dərs və fəaliyyətlər yaş xüsusiyyətləri nəzərə alınmaqla interaktiv metodlar əsasında təşkil olunur, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəldilir.
Qeyd edək ki, layihə müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı və könüllülük əsasında icra olunur.
Yeni Şərh