Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə “Qış məktəbi” layihəsinə start verilib
2025–2026-cı tədris ili çərçivəsində 27–31 yanvar tarixlərində region üzrə ümumi təhsil müəssisələrində könüllülük əsasında həyata keçirilən “Qış məktəbi” layihəsi şagirdlərin biliklərinin möhkəmləndirilməsinə yönəlib.
Layihə şagirdlərin birinci yarımildə əldə etdikləri biliklərin təkrarı, təlimə maraqlarının artırılması və dərslərə daha hazırlıqlı şəkildə qayıtmaları məqsədi daşıyır.
Proqramda 4-cü, 6-cı və 9-cu sinif şagirdləri iştirak edir. Tədris zamanı interaktiv üsullardan istifadə olunmaqla şagirdlərin yaradıcı düşünmə, ünsiyyət və komanda işi bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Yeni Şərh