“Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində qiymətləndirmə keçirilib

“Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-ci sinif şagirdləri üçün qiymətləndirmə imtahanı təşkil olunmuşdur.

Qiymətləndirmə xüsusi platforma üzərindən onlayn formada həyata keçirilmişdir. İmtahanın əsas məqsədi şagirdlərin rəqəmsal savadlılıq səviyyəsinin, informasiya texnologiyalarından istifadə bacarıqlarının və mövcud biliklərinin müəyyənləşdirilməsi olmuşdur.

Əldə olunan nəticələr göstərir ki, təhsil müəssisələrində rəqəmsal bacarıqların formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Qiymətləndirmə həmçinin bu sahədə mövcud potensialın olduğunu və gələcəkdə daha sistemli işlərin aparılmasının vacibliyini ortaya qoyur.