Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Tanınmış şəxsiyyətlər” layihəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər zamanı şagirdlərə Fikrət Əmirovun zəngin musiqi irsi, Azərbaycan musiqi mədəniyyətinin inkişafında oynadığı mühüm rol və onun dünya şöhrəti qazanmış əsərləri haqqında ətraflı məlumat verilmişdir.
Şagirdlər tərəfindən bəstəkarın məşhur əsərlərindən nümunələr səsləndirilmiş, musiqili kompozisiyalar, ədəbi-bədii çıxışlar və təqdimatlar nümayiş etdirilmişdir. Həmçinin məktəblərdə Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən sərgilər təşkil olunmuş, onun irsinə həsr edilən açıq dərslər və maarifləndirici görüşlər keçirilmişdir.
Bu cür tədbirlər Azərbaycan musiqi mədəniyyətinin təbliği, şagirdlərin estetik zövqünün formalaşdırılması və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Yeni Şərh