Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İnformasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin əsas məqsədi şagirdlər arasında rəqəmsal savadlılığın artırılması, internetdən təhlükəsiz istifadə qaydalarının təşviqi, həmçinin kiberhədələr və onlayn risklər barədə məlumatlılığın artırılması olub.
Maarifləndirici görüşlər zamanı iştirakçılara informasiya təhlükəsizliyinin mahiyyəti, fərdi məlumatların qorunması üsulları, sosial şəbəkələrdə məsuliyyətli davranış və kiberbullinqlə mübarizə yolları barədə ətraflı məlumat verilib. Şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub.
Tədbirlər çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, müxtəlif nümunələr əsasında rəqəmsal dünyada təhlükəsizliyin təmin olunması yolları izah edilib və zərərli məzmunlardan qorunmağın vacibliyi vurğulanıb.
Bu cür tədbirlər şagirdlərin rəqəmsal mühitdə sağlam düşüncə tərzinin formalaşmasına, onların virtual təhlükəsizliyinin təmin olunmasına, eləcə də texnologiyalardan istifadə zamanı daha məsuliyyətli qərarlar qəbul etmələrinə mühüm töhfə verir.
Yeni Şərh