“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbirlər keçirilir

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu istiqamətdə silsilə tədbirlər təşkil olunur. Tədbirlərin əsas məqsədi şagirdlərdə şəhərsalma barədə anlayış formalaşdırmaq, urbanizasiya prosesləri haqqında biliklərini artırmaq və düzgün şəhər planlaşdırılmasının əhəmiyyətini izah etməkdir.

Görüşlərdə memarlığın şəhərlərin inkişafındakı rolu, müasir infrastrukturun qurulması və ekoloji tarazlığın qorunması kimi mühüm məsələlər vurğulanır. Qeyd olunur ki, planlı şəkildə qurulan şəhərlər insanların həyat keyfiyyətinə və sosial rifahına müsbət təsir göstərir.

Tədbirlər zamanı şagirdlərə şəhərsalmanın əsas prinsipləri izah edilir, interaktiv müzakirələr aparılır və onların fikirləri dinlənilir. Şagirdlər də öz növbəsində şəhərlərin gələcəyi ilə bağlı maraqlı təkliflər irəli sürürlər.

Bu cür tədbirlərin davamlı təşkili sağlam, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına töhfə verir.