Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilinin ilk dərsləri “Şəhərsalma və memarlıq ili” mövzusuna həsr olunub.
İlk dərslərdə şagirdlərə ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələr, müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və şəhərlərin davamlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Dərslər zamanı şəhərsalma və memarlığın cəmiyyətin inkişafındakı rolu, müasir və təhlükəsiz yaşayış mühitinin yaradılması, milli memarlıq ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yeni Şərh